21 
may
2023
12:31
213

Bayden Ukraynaya əlavə hərbi yardım elan edib - SİYAHI

21 may, 2023
12:31
213

Bayden Ukraynaya əlavə hərbi yardım elan edib - SİYAHI SİYAHI

ABŞ prezidenti Co Bayden mayın 21-də Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Amerika lideri Kiyevə yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.

APA xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirildiyinə görə, bu, 2021-ci ilin avqust ayından bəri Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya 38-ci hərbi texnika ötürülməsidir.
Məlumata görə, ümumilikdə, Ukrayna 375 milyon dollara qədər vəsait alacaq ki, Ukrayna bu vəsaiti döyüş meydanında Rusiyanın müharibəsini dəf etmək üçün istifadə edəcək.

ABŞ-dan yeni yardım paketinə daxil ediləcəklərin siyahısı:

- yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları;
- 155 mm və 105 mm artilleriya mərmiləri;
- optik izləmə məftillə idarə olunan (TOW) raketlər;
- tank əleyhinə sistemlər "Javelin" və AT-4;
- lazer yönləndirməli reaktiv sistemlər üçün döyüş sursatları;
- partlayıcı sursatlar;
- zirehli körpü sistemləri;
- zirehli tibbi maşınlar;
- ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular;
- logistika avadanlıqları;
- termal görüntüləmə sistemləri;
- ehtiyat hissələri və digər sahə avadanlıqları.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar