Bakının Nərimanov rayonunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Qeyd edək ki, bir neçə saat əvvəl Ziya Bünyadov prospektində 2 “KamAZ”ın iştirakı ilə qəza baş verib.