Sentyabr ayının 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki hazırlığı ilə bağlı proses artıq bir müddətdir ki, başlanılıb. Mərkəzi Seçki Komissiyası, eləcə də yerlərdəki Dairə Seçki Komissiyaları seçki prosesinə çox məsuliyyətlə yanaşaraq ciddi hazırlıq işləri aparır.
Çəkiliş apardığımız 48 saylı Abşeron birinci seçki dairəsində və ayrı-ayrı məntəqələrdə bunun şahidi olduq. Dairə Seçki Komissiyasından bildirildi ki, 48 saylı Abşeron birinci seçki dairəsində 38 məntəqə fəaliyyət göstərir. Burada 50 378 seçici var. Onu da öyrəndik ki, sözügedən dairədən dairədən 14 nəfər namizədlik verib, onlardan 7 nəfərin namizədliyi təsdiqlənib.
Elə 49 saylı Abşeron ikinci seçki dairəsində də eyni nizam-intizamın və ciddi iş prosesinin getdiyini müşahidə etdik. Dairədən bildirildi ki, 36 məntəqə üzrə 48 673 seçici var. Bu dairədən isə 13 nəfər namizədliyini verib və onlardan 6 nəfərin namizədliyi qeydə alınıb.
Məlumat üçün bildirək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.
Abşeronda seçki prosesinə ciddi hazırlıq gedir - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.