Xəzər Media Mərkəzinin tərkibində olan "Araz FM" radiosunda aparıcı Elnarə Sadıqovanın təqdimatında yayımlanan “ Qəbul vaxtı” verlişində sevincli anlar yaşanıb.

“Den.az” xəbər verir ki,14 il kirayədə yaşayan 1-ci qrup gözdən əlil şəxslər Vahid Heydərov və onun həyat yoldaşı Qənirə Nəcəfovanın müraciətinə qısa vaxt ərzində müsbət cavab verilib. Belə ki, verlişdə qonaq olan Sosial Xidmətlər Agentliyinin nümayəndəsinə evlə bağlı edilən müraciət nəticəsiz qalmayıb və ailə Stansiya Sumqayıtda inşa olunan Qaçqın şəhərinciyindəki binada iki otaqlı mənzillə tam təmin edilib.
Bu əlamətdar hadisəni xoşbəxtliklə qeyd edən ailə elə həmin xeyir işə vəsilə olan “Qəbul vaxtı” verlişinə yenidən zəng edərək təşəkkürünü bildirib. Ailə Araz FM-də həmin verlişin bütün yaradıcı heyətini həmin evə dəvət edib. Bu dəvəti məmuniyyətlə qəbul edən verilişin komandası gözdən ikinci qrup əlil olan ailənin qonağı olub.
Vahid Heydərov və həyat yoldaşı Qənirə Nəcəfova Sosial Xidmətlər Agentliyinə onların 14 illik ev həsrətinə son qoyduqlarına görə təşəkkürlərini bildiriblər.
Ailənin sevincinə şərik olan "Araz FM" heyətinin üzvləri onlara mənzillərində rahat və təhlükəsiz yaşamağı arzulayıblar.
Den.az