Gözdən 1-ci qrup əlil olan vətəndaşın evini qurdlar basıb.
Den.az xəbər verir ki, hadisə Abşeron rayonun Şəfəq qəsəbəsi 35 saylı binanın 7 saylı mənzilində yaşanıb.
1-ci qrup əlil Samir Əliyevin həyat yoldaşı Nuranə Əlieyavanın sözlərinə görə, bu hadisə artıq bir neçə dəfə təkrarlanıb. Naməlum qurdlar binanın 3-cü mərtəbəsindən boru vaistəsi ilə onların yaşadığı 2-ci mərtəbədə 7 saylı mənzilə daxil olurlar. Əsasən hamam otağında peyda olan bur qurdlar ailəni ciddi narahat edib.
Şikayətçi onuda əlavə edib ki, mövcud vəziyyətlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Ərazi üzrə Abşeron rayon İcra Hakimiyyətinin Şəfəq Mənzil Təsəsrrefatı İstehsalat İstismar Təmir şöbəsindən DenazTV-yə bildirilib ki, Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşları tərəfindən son bir neçə ay ərzində yaşayış binalarındə dərmanlama və dizenfeksiya işləri aparılıb. Ancaq buna baxmayaraq 1-ci qrup əlil olan Samir Əliyevin mənzilndə yaşanan hadisə ilə bağlı söpzü gedən quruma təkrar müraciət ünvanlanıb. Ümidvarıq yaşanan proqblem qısa vaxt ərzində aradan qaldırılar.
Den.az