1-ci qrup əlil yaşadığı binadan həyətə belə düşür. Pilləkənlərdə pandusun olmaması ona çətin anlar yaşadır.
Bu barədə Den.az-a Sumqayıt şəhər 12-ci mk bina 738 B-də yaşayan əlilin yaxınları məlumat veriblər.
Belə ki, məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin bu binasında yaşayan 20 yaşlı 1-ci qrup əlil Elşən Eyvazlı 5 ildir pilləkənlərdən düşüb qalxmaqda əziyyət çəkir. Qonşular olmasa o heç vaxt həyə düşə bilmir.
Elşənin nənəsi Nazlı Məhiyeva deyir ki, illər öncə binalarda yaşayan əlillər üçün pilləkənlərə panduslar qoyulsada, onların yaşadığı bina nədənsə nəzərə alınmayıb. Məhz bu səbəbdən 1-ci qrup əlil olan nəvəsi pilləkənləri kimsə olmadan sərbəst düşüb qalxa bilmir.
Mövcud məsələ ilə Həm Qubalı rayon İcra Hakimiyyətinə, həmdə Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinə müraciət etsələrdə lakin bu günə kimi hələdə tədbir görülməyib.
Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsindən Den.az-a bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən 1005 ailələlik məcburi köçkün qəsəbəsində yerləşən binaların bir neçəsində panduslar quraşdırılıb və orada yaşayan əlilliyi olan məcburi köçkünlər tərəfindən istifadə olunur. Pandusların quraşdırılması məcburi köçkünlərin Dövlət Komitəsinə müraciəti əsasında aparılır. Panduslar mümkün olan yerlərdə yalnız Dövlət Komitəsinin Fövqəladə Hallar nazirliyinə müraciəti nəticəsində, razılıq olduğu təqdirdə quraşdırılır. Adıçəkilən ünvanda pandusun quraşdırılması ilə bağlı müraciətə müvafiq sənədləşmə işlərindən sonra qanunauyğun formada baxılacaq.
Sumqayıtda 20 yaşlı 1-ci qurp əlil yaşadığı binadan həyətə niyə düşə bilmir?-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.