Masazır qəsəbəsində içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılır.
Bu barədə Den.az-a Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Belə ki, Masazır qəsəbəsi ərazisində yerləşən Qaçaq Nəbiyev küçəsində diametri 114 mm olan metal su borusunda qəfil partlayış baş verib. Nəticədə su xəttində ciddi nasazlıq yaranıb və içməli suyun verilməsi dayandırılıb.
Hazırda hadisə yerində təmir-bərpa işləri həyata keçirilir. Mütəxəssislər nasazlığın aradan qaldırılması üçün səfərbər olunub və su təchizatının bərpası istiqamətində intensiv işlər aparılır.
Su təchizatının nə vaxt bərpa ediləcəyi ilə bağlı dəqiq vaxt bildirilməsə də, idarə sakinləri məlumatlandıracaq və problem aradan qaldırıldıqdan dərhal sonra içməli suyun verilişi bərpa olunacaq.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yaranmış narahatlığa görə sakinlərdən üzr istəyir və anlayışlı olmalarını xahiş edir.