Quba Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
"Denmedia.az" -ın şimal birosu xəbər verirki, Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, icra hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zeynalov Pərviz Akif oğluna medal təqdim olunmuşdur.
İcra başçısı İlqar Mahmudov Pərviz Zeynalovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Öz növbəsində Pərviz Zeynalov göstərilən yüksək etimada və diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə, həmçinin bu işdə əməyi keçən hər bir kəsə dərin minnətdarlığını bildirmişdir.
Nüşabə Baxşıyeva
Denmedia.az