Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının təşkilatçılığı ilə“Məişət zorakılığı və onun həlli yolları” mövzusunda geniş maarifləndirici tədbir keçirilib.
DenMedia.az xəbər verir ki, tədbir Sumqayıt Bələdiyyəsinin akt zalında təşkil edilib və müxtəlif dövlət,bələdiyyə və ictimai qurumları və icma nümayəndələrini bir araya toplanıb.
Tədbirin keçirilməsində əsas məqsəd məişət zorakılığının yaranma səbəbləri,formaları,sosial təsirləri,hüquqi müdafiə mexanizmləri və zorakılıq hallarına qarşı mübarizə yolları barədə iştirakçıları geniş məlumatlandırmaq,həmçinin problemlərin həlli üçün institusional əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə Məişət zorakılığının anlayışı və hüquqi tərifi, Zorakılığın fiziki,psixoloji,iqtisadi və sosial formaları, Zorakılığa səbəb olan ailədaxili və ictimai amillər, Risk qrupları və erkən müdaxilə ehtiyacı, Zərərçəkənlərin hüquqi müdafiə yolları, Hüquq-mühafizə və sosial xidmətlərin rolu, Psixoloji yardım, reabilitasiya və məsləhət xidmətləri, Maarifləndirmə və icma dəstəyinin zəruriliyi mövzuları müzakirə olunub.
Tədbiri çıxış nitqi ilə başlayan Sumqayıt Bələdiyyəsinin “Gender Bərabərliyi Komissiyasının” sədri Nərmin Mehdiyeva qeyd edib ki,məişət zorakılığı təkcə ailənin daxili problemi deyil-cəmiyyətin təhlükəsizliyinə yönəlmiş ciddi sosial təhdiddir.Zorakılığın qarşısı yalnız hüquqi tədbirlərlə deyil,həm də maarifləndirmə,sosial dəstək və icma səviyyəsində əməkdaşlıqla alınmalıdır.Zərərçəkənlərin qorunması üçün müraciət kanallarının əlçatanlığının artırılması xüsusi əhəmiyyət daşıyır.Gender bərabərliyinin gücləndirilməsi zorakılığın azalmasına bilavasitə təsir göstərir.
- Tədbirdə iştirak edən qurumların nümayəndələri Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafisəi üzrə Komissiyanın aparıcı məsləhətçisi Aynur Eyvazova,Hacı Zeynalabdin bələdiyyəsinin sədri Əsli Qasımova,Corat bələdiyyəsinin sədr müavini Nuradə Məmmədova və məhəllə komitə sədrlərinin tədbirin əhəmiyyətini xüsusi vurğulamış və bu təşəbbüsün Sumqayıt şəhərində zorakılığın qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi,sosial təhlükəsizlik mühitinin möhkəmləndirilməsi və icmalar arasında əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.Gender Bərabərliyi Komissiyası bu sahədə ardıcıl və sistemli fəaliyyətini davam etdirməkdədir.