Göyçayda bir gənc maraqlı təşəbbüsü ilə diqqət çəkib.
Denmedia.az xəbər verir ki,Göyçaydan olan gənc Davud Tarverdiyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zəhmətkeş süpürgəçi xanımları sevindirib.
O, küçələrdə çalışan xanımlara gül bağlaması hədiyyə edərək onları Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.23 yaşlı gənc Davud Tarverdiyevin bu addımı ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanıb.Onun bu təşəbbüsü sosial şəbəkələrdə də müsbət qarşılanaraq nümunəvi davranış kimi qiymətləndirilib.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif şəxslər və təşkilatlar tərəfindən xanımlara diqqət və qayğı göstərən aksiyalar keçirilir.
Gəncin həyata keçirdiyi bu təşəbbüs də həmin nümunələrdən biri kimi diqqət çəkib.
Aqil Əsədov
Denmedia.az

