mar
2024
20:24
781

Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib-VİDEO

7 mar, 2024
20:24
781

Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib-VİDEO

Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid anaları və xanımları,eləcədə şəhərdə müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında şəhərin bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb.
İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində qəhrəmanlıq, fəallıq nümunəsi göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.

Vurğulanıb ki, ölkəmizin iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda respublikamızda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb işlərdə də uğur qazanmağı bacarırlar.

Zakir Fərəcov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Sumqayıtın sosial-iqtisadi inkişafında və ictimai həyatında şəhər qadınlarının əməyi çox böyükdür. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar  təqdim edib.

Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar