2026-cı ilin mart ayında Azərbaycanda rəsmi bayramlar və həftəsonları ilə əlaqədar ümumilikdə 13 qeyri-iş günü olacaq.
8 Mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, 9 mart da qeyri-iş günü hesab ediləcək.
20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramı günləridir. Bayram günlərindən 21 və 22 mart şənbə və bazar günlərinə düşdüyü üçün 25 və 26 mart da qeyri-iş günü olacaq.
Bundan əlavə, Ramazan bayramının 20 və 21 mart tarixlərinin Novruz bayramı ilə üst-üstə düşməsi səbəbindən 27 və 30 mart da qeyri-iş günü elan edilib. Həmin dövrdə 28 və 29 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, 20 martdan 30 martadək ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

