iyn
2023
17:14
173

Ekspert Elm və Təhsil Nazirliyini tənqid etdi: "Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz?"

1 iyn, 2023
17:14
173

Ekspert Elm və Təhsil Nazirliyini tənqid etdi: "Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz?"

"Siz nəyi təbliğ edirsiniz? Yüzlərlə direktor, müəllim də baxmadan, anlamadan bu şəkili paylaşır".

Den.az xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Kamran Əsədov paylaşaraq Elm və Təhsil Nazirliyini tənqid edib.

Kamran Əsədov LGBT bayrağı paylaşan Nazirliyin ünvanına sərt tənqidlər yağdırıb: "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi! Elmdən, təhsildən xəbərsiz olduğunuzu bilirik. Başınız dost, tanışlarınıza vəzifə verməyə, fəaliyyəti olmayan QHT-lərə yüz minlərlə vəsaiti qrant adı altında paylamağa necə qarışıbsa, nə paylaşdığınıza belə baxmırsınız. Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz? Bu nəyin bayrağıdır?", - deyə Kamran Əsədov Nazirliyin rəhbərliyinə açıq suallar ünvanlayıb.



Təhsilin idarəolunması üzrə mütəxəssis Adil Vəliyev isə sosial şəbəkə hesabında foto paylaşaraq Kamran əsədovun fikirlərindən fərqli mövqe ortaya qoyub: "Aradakı fərqi yəqin ki görürsünüz. Bunun üçün "GOOGLE"da axtarış verməyiniz kifayət edər. Soldakı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səmayla uyğunlaşdırdığı göy qurşağı rəngində uçurtmadır. Sağdakı da məlumdur. Bir məlumatı oxuyanda, tez mən də paylaşım, like yığım deyə düşünməyin", - Adil Vəliyev fikirlərini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar