17 
apr
2024
20:51
1 569

Qızların son illərdə təhsildə uğur və nailiyyət qazanması olduqca sevindirici haldır-EKSPERT

17 apr, 2024
20:51
1 569

Qızların son illərdə təhsildə uğur və nailiyyət qazanması olduqca sevindirici haldır-EKSPERT

Bildiyimiz kimi bu il 11-ci siniflər üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə görə, ölkə üzrə maksimum nəticəni daha çox qızlar göstərib.

Qızların son illərdə təhsildə uğur və nailiyyət qazanması olduqca sevindirici haldır. Lakin nəticələr onu deməyə əsas verir ki, əvvəllər imtahanlarda ən yüksək balı daha çox oğlanlar toplayırdı, bu il isə vəziyyət tamamilə dəyişib.

Oğlanların ali təhsilə marağının azalmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Den.az-a təhsil üzrə ekspert Adil Vəliyev aydınlıq gətirib.

Əslində qızların təhsil almağı, təhsil pillələrinin ali məktəblərə qədər gəlməsi çox yaxşı haldır. Bu statistika sevindirir ki, qızlar təhsil almağa meyillidirlər və buna şərait yaradılıb. Çünki digər statistikalarda görünür ki, qızlar təhsilin icbari hissəsini alıb, növbəti hissəsinə keçmirlər.Ümumilikdə görünür ki, imkan yaradıldığı halda qızların təhsilə davamlılığı daha yüksək olur. Oğlanların alternativ seçimlərinin çoxluğu təhsildə yayınma prosesində fəal iştirak edir. Onların daha çox telefon, sosial şəbəkə və s. istifadə etməkləri də statistikaya təsir edən amillərdəndir.
Belə ki, qızlar mobil telefonlardan daha çox dərs hazırlamaq məqsədilə istifadə edirlərsə oğlanlar isə daha çox sosial şəbəkələrdə vaxt keçirməyə üstünlük verirlər deyə təhsil eksperti bildirib.

Oğlan uşaqlarının təhsilə marağının azalmasının kadr islahatına necə təsir edəcək? sualına cavab olaraq isə ekspert onu bildirib ki, gələcəkdə bu göstərici dəyişə bilər.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar