Polisin ixtisaslaşmış bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı məcburi əmək faktı aşkarlanıb və bununla bağlı cinayət işi başlanıb.
Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakirə olunan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatında bildirilib.
Prosessual araşdırma zamanı zərərçəkmiş şəxsin Monteneqronun tikinti sektorunda istismara məruz qaldığı müəyyən olunub.

