fev
2024
08:26
94

Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

1 fev, 2024
08:26
94

Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
 
Den.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.
 
İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (İnsan alveri) maddələri ilə təqsirli bilinib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar