Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə 2026–2030-cu illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul ediləcək.
Bu barədə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatında bildirilib.
Qeyd olunub ki, aidiyyəti dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanan “2026–2030-cu illər üzrə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə Milli Fəaliyyət Planı” layihəsi və onun təsdiqi ilə bağlı Azərbaycan prezidenti sərəncamının layihəsi 34 dövlət orqanı ilə razılaşdırılıb və aidiyyəti üzrə təqdim edilib.

