“Azərbaycan Hava Yolları” QSC Naxçıvana uçuşları təxirə salıb.
Aviaşirkətdən verilən məlumata görə, Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın bu istiqamət üzrə reysləri təxirə salınıb.
Hava şəraiti sabitləşdikdən sonra uçuşlar adi rejimdə yerinə yetiriləcək.

