16 
fev
2024
16:12
226

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya enməyə məcbur oldu

16 fev, 2024
16:12
226

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya enməyə məcbur oldu

Fevralın 16-da “Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

"AZAL"dan Den.az-a verilən xəbərə görə, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar