İyunun 1-dən etibarən 161 və 162 nömrəli müntəzəm avtobus marşrutlarında sərnişinlərə xidmət göstərən yeni və müasir avtobuslar xəttə buraxılıb.
AYNA-nın məlumatına görə, 161 nömrəli marşrut Hövsan qəsəbəsindən Suraxanı qəsəbəsinə, 162 nömrəli marşrut isə Ramana yaşayış kompleksindən “Koroğlu” metro stansiyasına qədər hərəkət edir.
Yeni avtobuslar 9-10 dəqiqəlik intervalla işləyəcək. Bu isə sərnişinlər üçün daha rahat, müasir və tez-tez hərəkət edən nəqliyyat xidməti təmin edəcək.

