Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metro xətləri ilə birləşdirən iki şəhərdaxili marşrut üzrə müasir avtobuslar xəttə buraxılacaq. Söhbət “Neftçilər” metrostansiyası ilə əlaqə yaradan 76 nömrəli, eləcə də “Qara Qarayev” metrostansiyasına istiqamətlənən 78 nömrəli marşrutlardan gedir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, avtobuslarda ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,50 manat müəyyən edilib.
Qeyd olunur ki, yeni avtobusların istismara verilməsi Bakıxanov ərazisindən metro stansiyalarına daha rahat və sürətli nəqliyyat bağlantısı yaradacaq.

