Naxçıvanda əlverişsiz hava şəraitinin davam etməsi ilə əlaqədar AZAL-ın Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reysləri ləğv edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 14 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan–Bakı istiqamətindəki uçuşlar hava şəraiti səbəbindən həyata keçirilməyəcək.
Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrası bərpa olunacaq.
Sərnişinlər mümkün dəyişikliklər barədə əlavə və ətraflı məlumatlandırılacaqlar.

