Son hadisələrlə əlaqədar olaraq 5 mart 2026-cı il tarixində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bütün aviareyslər ləğv edilib,
Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.
Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək məqsədilə Bakı–İğdır (Türkiyə)–Bakı istiqamətində alternativ aviareyslər təyin olunub.
Məlumata görə, İğdır hava limanından Naxçıvana və əks istiqamətdə sərnişinlərin daşınması üçün xüsusi avtobus reysləri təşkil edilib. Avtobuslar Naxçıvan avtovağzalı vasitəsilə fəaliyyət göstərəcək.
Sərnişinlərdən uçuşdan ən azı 1,5 saat əvvəl hava limanına gəlmələri və xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsini özləri ilə götürmələri xahiş olunur.

