İyulun 6-na planlaşdırılan Bakı-Naxçıvan istiqaməti üzrə bir neçə AZAL reysi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, reyslərin ləğvinə şimşəkli hava şəraiti səbəb olub.
Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək. Hava şəraiti sabitləşdikdən sonra uçuşların adi rejimdə davam etdiriləcəyi qeyd olunub.

