Səbail Rayon Məhkəməsi 2025-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyevin həbs müddətini daha 6 ay uzadıb.
Musa Şəkiliyev xidməti vəzifəsindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Saxlanıldıqdan sonra o, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bundan əvvəl də bir neçə dəfə uzadılıb.

