İmişli rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
Məsələ Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, S.Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Bildirilir ki, Saleh Səmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.
O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Səmədov mayın 13-də İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

