Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.
“Den.az”ın məlumatına M.Şəkiliyev barəsində Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.
Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.
Qərara əsasən Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.