Bakının bir sıra rayonlarında 15 iyul tarixində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan 14:00-dək Yasamal rayonunda Abbas Mirzə Şərifzadə, Akif Abbasov və Həsən bəy Zərdabi küçələrində, həmçinin MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Eyni saatlarda Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadıq küçələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində isə Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində elektrik təchizatı müvəqqəti dayandırılacaq.
Şirkətdən bildirilib ki, təmir işləri istehlakçıların elektrik enerjisi ilə təchizatının etibarlılığını və keyfiyyətini artırmaq məqsədilə aparılır.

