Bakının Yasamal, Nizami və Binəqədi rayonlarında cümə axşamı elektrik enerjisinin verilişində lokal fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər planlı təmir işləri ilə əlaqədar tətbiq olunacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək İzmir, Qızıl Şərq, Eldar Ağayev və Mehman Bünyadzadə küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Nizami rayonunda da eyni saatlarda Kamil Balakişiyev, İmadəddin Nəsimi, Əzim Əzimzadə və Mehdi Abbasov küçələrində yaşayan abonentlər məhdudiyyətlə üzləşəcəklər.
Binəqədi rayonunda isə saat 13:00-dan 16:00-dək Binəqədi qəsəbəsi və ona bitişik yaşayış massivlərində, Balaxanı qəsəbəsində Balaxanı–Baksol yolunda, M. Aslanov və 10 May küçələrində, həmçinin DSK yolu boyunca yerləşən abonentlərin elektrik enerjisi müvəqqəti kəsiləcək.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

