Qara dənizdə, Odessa sahilləri yaxınlığında gəmiyə edilən pilotsuz uçuş aparatı hücumundan sonra xilas edilən 10 Azərbaycan vətəndaşı Ukraynadan vətənə yola düşüb, DenMedia.az report-a istinadən xəbər verir.
Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Fərid Babayev və diplomatik nümayəndəliyin əməkdaşı Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Gülana Lətifova, Tofiq Nəsrullayev, Səbuhi Səmədov, İsmayıl İsmayılov, Ayon Əliyev, Cavid Rəhimov, Mehman Rəhimov, İsmayıl Axundov, Qurban Əliyev və Valeh Abbasov iyulun 15-də Moldova ərazisindən keçməklə vətənə yola salınıblar.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, 14 iyul saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” ticarət gəmisi Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Gəminin göyərtəsində 11 Azərbaycan vətəndaşı olub. Gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa sahilinə çıxarılıb.

