CGM San Antonio adlı kommersiya gəmisi ötən gecə Fars körfəzinin şərq hissəsində raket hücumuna məruz qalıb. Bu barədə CBS News amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, gəmi ehtimal olunan yerüstü qanadlı raketlə vurulub. Hadisə nəticəsində filippinli heyət üzvlərindən bir neçəsi yaralanıb.
Mənbələrin bildirdiyinə görə, Fransa şirkətinə məxsus gəmi çərşənbə axşamı gecə yerli vaxtla Dubay yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında hücuma məruz qalıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) də çərşənbə axşamı “yük gəmisinin naməlum mərmi ilə vurulması” barədə məlumat aldığını təsdiqləyib.

