Bakıda yay mövsümündə çimərlik və istirahət zonalarına sərnişin axınının artması ilə əlaqədar 18 iyuldan etibarən 150E nömrəli ekspres avtobus marşrutu yenidən fəaliyyətə başlayacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidməti məlumat yayıb.
Marşrut “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Sea Breeze istirahət zonası ilə birləşdirəcək. Avtobuslar şənbə və bazar günləri “Koroğlu” metro stansiyasının cənub çıxışından — “Piramida” tərəfdən yola düşəcək.
Sərnişinlərin rahatlığı üçün marşrut üzrə bir sıra aralıq dayanacaqlar nəzərdə tutulub:
- Heydər Əliyev prospekti — Bakıxanov qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığı;
- Bakı Ekspo Mərkəzi — Yeni Suraxanı qəsəbəsi;
- Mərdəkan prospekti — Binə qəsəbəsi;
- Mərdəkan prospektinin Qala yolu ilə kəsişməsi;
- 5 nömrəli Peşə Məktəbi — Buzovna qəsəbəsi;
- “Bilgəh” Kardioloji Sanatoriyası;
- Bilgəh–Pirşağı yolu — çimərlik zonası;
- Sea Breeze 1;
- Sea Breeze 2.
Marşruta iritutumlu avtobuslar cəlb olunacaq. Avtobuslar saat 07:00-dan 22:00-dək 30 dəqiqəlik intervalla hərəkət edəcək.
Gediş haqqı 0,90 manat təşkil edəcək və ödəniş yalnız nağdsız formada qəbul olunacaq.

