Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 214 nömrəli mövcud avtobus marşrutu üzrə sərnişin tələbatını təhlil edib. Qurumun məlumatına görə, sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq fevralın 22-də əlavə 214A marşrutu istismara verilib.
Yeni xətt Ramana yaşayış kompleksini (F.Qayıbov küçəsi) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə birləşdirir.
Bu istiqamətdə avtobuslar 13–15 dəqiqə intervalla hərəkət edir. Gediş haqqı 0,55 AZN təşkil edir və ödəniş yalnız nağdsız qaydada həyata keçirilir.

