Azərbaycanın dövlət sərhədini Rusiya istiqamətində qanunsuz keçməyə cəhd edən iki Əlcəzair vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, hadisə Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Sərhəd naryadının sayıqlığı nəticəsində 1994-cü il təvəllüdlü Maxluf Huari və 1996-cı il təvəllüdlü Brahim Huari saxlanılıblar.
Məlumata görə, onlar Azərbaycanın dövlət sərhədini Rusiya Federasiyası istiqamətində qanunsuz keçməyə cəhd ediblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

