Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, hadisə iyun ayının 1-də Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 27 yaşlı Amini Del Aqa və 23 yaşlı Rahimi Nazirgül saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

