M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
AYNA-dan bildirilib ki, vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınaraq, hazırda metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 marşrutu uzadılacaq.
Avqustun 24-dən etibarən M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçəcək və burada aralıq dayanacaq edəcək.
Dəyişiklik metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə həyata keçirilir.
Ekspres marşrut xətti uzadılacaq və son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası olacaq.
Beləliklə, M6 ekspres marşrutu “Koroğlu” – “Gənclik” – “Nizami” – “Elmlər Akademiyası” stansiyalarını bir-biri ilə əlaqələndirəcək.

