Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib.
“Den.az”-n əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, “Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq olaraq 604 min, 190 min və 57 min manat, fiziki şəxsə isə 24 min manat (ümumilikdə 875 min manat) ziyan vurmaqla dələduzluq edib. O, həmin şirkətlərdən külli miqdarda taxıl və digər məhsullar alaraq satıb. Amma Q.Orucov vəd etdiyi kimi əldə etdiyi vəsaitlə həmin malların pulunu ödəməyib.
Araşdırmalar zamanı o da məlum olub ki, şirkət rəhbəri əvvəllər də dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart tarixli hökmü ilə Q.Orucova 11 il həbs cəzası verilib. Ona əlavə olaraq 1 il 6 ay vəzifə tutmaq qadağan edilib. Qulu Orucov cəzasını ciddi rejimli müəssisədə çəkəcək.
Azərbaycanda şirkət rəhbəri həbs edildi - 875 min manatlıq dələduzluq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.