Bakı İstintaq Təcridxanasında məhbus üçün ayaqqabının içində gizlədilmiş mobil telefonun keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təcridxanada saxlanılan şəxs üçün tanışı tərəfindən gətirilən sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş mobil telefon və enerji yığma cihazı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi vətəndaşları penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə görə məsuliyyət nəzərdə tutulduğu barədə bir daha xəbərdar edib.

