Gəncədə 2 saylı istintaq təcridxanasına ayaqqabıda gizlədilmiş narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Saxlanılan şəxslərdən birinə qohumu tərəfindən gətirilən sovqata baxış zamanı ayaqqabının içərisində iki büküm aşkar edilib.
Məlumata görə, bükümlərin içərisində 2,810 qram marixuana və 1,233 qram metamfetamin olub.
Faktla bağlı araşdırma aparılır.


