Elektrik təchizatının keyfiyyət göstəricilərinin artırılması və elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə bu gün Bakıda və Xırdalan şəhərində elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar aşağıdakı ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq:
- Abbas Mirzə Şərifzadə küçəsi
- Əhməd Cəmil küçəsi
- Mirəli Seyidov küçəsi
- Nazim Hikmət küçəsi
- Hüseyn Cavid prospektinin bir hissəsi
Xırdalan şəhərində isə saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri səbəbindən Məmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi hissələrində enerji təchizatı müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.

