İyunun 19-da Bakı, Salyan və Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatında təmir, sınaq və iməclik işləri aparılacaq.
Zirə Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan Pirallahı qəsəbəsində transformator məntəqəsində iməclik işləri görüləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Süleyman Bağırov küçəsində yerləşən bəzi bina və həyət evlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Saat 10:00-dan 13:00-dək isə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq. Bu səbəbdən Fərman Salmanov, Xıdır Mustafayev, Nazim Hikmət, Xaqan Dadaşov, Dadaş Bünyadzadə və Ümid Əkbərov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində də transformator məntəqəsində təmir-təftiş işləri həyata keçiriləcək. Bu işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev küçələri və Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
İyunun 19-da Salyan Elektrik Şəbəkəsində də təmir işləri aparılacaq. Qaraçala kəndində yerləşən 35/10 kV-luq “Qaraçala” yarımstansiyasında cari təmir, sınaq və iməclik işləri görüləcək.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Masallı Elektrik Şəbəkəsinin ərazisində isə 110/35/10 kV-luq “Masallı” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Qızılağac, Hüseynhacılı və Viləş kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq”dan bildirilib ki, təmir-təftiş, sınaq və iməclik işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

