Milli Məclis Azərbaycan və Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsinə dair sazişin təsdiq edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Saziş 8 iyul 2026-cı ildə Bakıda imzalanıb.
Sənəd tərəflər və onların podratçıları arasında mübadilə edilən məxfi məlumatların qorunmasını, həmçinin məlumatların ötürülməsi qaydalarını nəzərdə tutur. Buraya kriptoqrafik vasitələrdən istifadə etməklə elektron məlumat ötürülməsi də daxildir.
Sazişin icrası ilə bağlı yarana biləcək mübahisələrin yalnız məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunması nəzərdə tutulur.

