Azərbaycan və Slovakiya məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması haqqında saziş imzalayıb.
Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti DTX-nin rəisi Əli Nağıyevlə görüşüb. Danışıqlar zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşün yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması haqqında Saziş” imzalanıb.
Sənəd iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.

