ABŞ Ədliyyə Nazirliyi qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə materialların bir hissəsini dərc edib. Bu barədə CBS News məlumat yayıb.
Sənədlərə əlavə olunan izahatda bildirilir ki, Konqres tərəfindən müəyyən edilmiş müddət çərçivəsində qurbanlara və digər özəl şəxslərə aid şəxsi məlumatların yoxlanılması və redaktəsi üçün bütün mümkün tədbirlər görülüb, eləcə də məxfi materialların açıqlanmasının qarşısı alınmağa çalışılıb.
Bununla belə vurğulanır ki, məlumatların həcminin böyük olması səbəbindən sayt səhvən ictimaiyyət üçün nəzərdə tutulmayan şəxsi məlumatlar və ya digər məxfi məzmun, o cümlədən seksual xarakterli materiallar ehtiva edə bilər.
Denmedia.az

