AZAL aviaşirkəti il yarımlıq fasilədən sonra Bakı ilə Həştərxan arasında müntəzəm uçuşları bərpa edib. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakıdan Həştərxana həyata keçirilən ilk reyslə 83 sərnişin, əks istiqamətdə isə 103 sərnişin daşınıb.
Uçuşlar həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Bakıdan təyyarənin saat 10:00-da havaya qalxması nəzərdə tutulub. Uçuş müddəti təxminən 1 saat 25 dəqiqə təşkil edir.
Bakı–Həştərxan marşrutu üzrə reyslər 30 sentyabrda, təxminən bir il yarımlıq fasilədən sonra yenidən bərpa olunub.

