Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin adı Everest zirvəsinə qalxan alpinistlərin siyahısında yer alıb.
Məlumat “High Adventure Expeditions” saytının “The Himalayan Database” bölməsində dərc olunub.
Siyahıya əsasən, Rövşən Nəcəf 2025-ci il mayın 18-də dünyanın ən hündür zirvəsi olan Everesti fəth edib.
Məlumat bazasında o, zirvəyə qalxdığı vaxt 43 yaşı olan Azərbaycan vətəndaşı kimi göstərilib. Peşəsi ilə bağlı bölmədə isə “hökumət” qeyd olunub.
Bildirilib ki, zirvəyə qalxış Cənub aşırımı və Cənub-Şərq silsiləsi marşrutu üzrə həyata keçirilib.
Qeyd edək ki, Rövşən Nəcəf 2022-ci il iyulun 21-dən SOCAR-ın prezidenti vəzifəsini tutur.

