30 
iyn
2023
22:33
382


SOCAR bir işçinin əmək haqqı üçün 50 min pul ayırır? - FOTOFAKT

30 iyn, 2023
22:33
382

SOCAR bir işçinin əmək haqqı üçün 50 min pul ayırır? - FOTOFAKT

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildəki ümumi xərcləri 110 milyard 650 milyon manat olub.

Den.az SOCAR-ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, son bir ildə şirkətin xərcləri 37 milyard 502 milyon manat və ya 51,3% artıb.
SOCAR-ın ötən il əmək haqqı, maaş və sosial müdafiə xərcləri 2 milyard 352 milyon manat olub və 2021-ci illə müqayisədə 29% artıb.

Şirkət 2022-ci il üçün davamlı inkişaf hesabatını açıqlamadığı üçün ötən il neçə nəfər işçisinin olduğu bilinmir. Lakin, son illərin hesabatına baxdığımız zaman belə görünür ki, SOCAR-ın işçilərinin sayı orta hesabla 1,5 min nəfər azalıb. Əgər hesab etsək ki, ötən il ərzində də SOCAR-ın işçilərinin sayı bu həddə azalıb, o zaman SOCAR-ın bir işçiyə düşən əmək haqqı, maaş və sosial müdafiə xərcləri təxminən 50 min manat təşkil edəcək.Yeniavaz.com

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar