Türkiyənin Adana şəhərində ictimai nəqliyyatda insident baş verib.
“Den.az” “Hürriyet”ə istinadən xəbər verir ki, 26 yaşlı Sabriye A. bir müddətdir, ayrı yaşadığı həyat yoldaşının idarə etdiyi sərnişin avtobusuna daxil olaraq ona xəsarətlər yetirib.
Belə ki, avtobusa arxa qapıdan daxil olan qadın Mehmet adlı ərinin üzünə ilk olaraq gözyaşardıcı qaz sıxıb, daha sonra qolunu dişləyib. Sərnişinlər qadına mane olmaq istədikdə isə onlara da gözyaşardıcı qaz sıxıb və ərini boynundan bıçaqlayıb.
Sabriye hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb. O, ifadəsində bildirib ki, bir müddət əvvəl həyat yoldaşı ilə boşanmağa qərar veriblər. Onun sözlərinə görə, əri 2 yaşlı uşaqlarını ona göstərmədiyindən hiddətlənib.
Məhkəmə qarşısına çıxarılan Sabriye barəsində ev həbsi qərarı verilib.
Türkiyədə qadın avtobusda ərini bıçaqladı - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.