

13 
sen
2023
08:54

831
Yuxarı
Qobu qəsəbəsində kişi gənc arvadını başqası ilə yazışdığına görə bıçaqlayıb

13 sen, 2023
08:54
831
Qobu qəsəbəsində kişi gənc arvadını başqası ilə yazışdığına görə bıçaqlayıb -FOTO
Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəmnində dava düşüb.
"Den.az" xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.
Belə ki, 19 yaşlı Nərimanova Aynur Zahid qızı yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun anası Ruhiyyə bildirib ki, qızı Aynur iki aylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.
Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.
Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.
Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.APA
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar