13 
dek
2023
12:23
249

79 yaşlı qadın avtobusda "iPhone" oğurladı

13 dek, 2023
12:23
249

79 yaşlı qadın avtobusda "iPhone" oğurladı

Moskvada 79 yaşlı qadın avtobusda gedərkən digər yaşlı adamın “iPhone 12” smartfonunu oğurlayıb.

Den.az Rusiya mediasına istinadla bildirir ki, polisə 70 yaşlı paytaxt sakini müraciət edib. O, ictimai nəqliyyatda 70 min rubl (təxminən 1398 manat) dəyərində telefonu itirdiyini bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb və tezliklə məlum olub ki, oğurluqda əsas şübhəli şəxs başqa bir pensiyaçıdır.

Müstəntiqlərin sözlərinə görə, 79 yaşlı qadın avtobusda gedərkən sakitcə başqa bir sərnişinin qadceini götürüb. O, saxlanılıb. Təqaüdçü oğurluqda ittiham olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar